Azərbaycanın premium kinoteatrı “CinemaPlus Gənclik Mall”da" "Yanlış anlama" komediya janrında olan filmin təqdimatı baş tutub.
Tədbirdə şou-biznes nümayəndələri, aktyorlar, rejissorlar, televiziya aparıcıları, media işçiləri iştirak ediblər.
Təqdimat günündə türk aktyorları Hakan Bilgin, Bahadır Efe, Pelin Sönmez, icraçı prodüser Levent Cengizxan, həmçinin Azərbaycan aktyorları Fərda Amin, Pərvin Abıyeva və İslam Mehrəliyevin iştirakı ilə mətbuat konfransı təşkil edilib.
Xatırladaq ki, "Yanlış anlama" ekran işi Türkiyə və Azərbaycan arasında olan isti münasibətləri gülməli hekayə ilə izah edən komediya filmidir.
Filmim rejissoru Ulaş Cihan Şimşekdir. Rollarda Şevket Çoruh, Hakan Bilgin, Sennur Nogaylar, Bahadır Efe, Pelin Sönmez, İlker Ayrık, Duygu Karaca, Fərda Amin, Pərvin Abıyeva və İslam Mehrəliyev yer alıb.
report.az