Avropa Liqasının qrup mərhələsinin oyunlarına yekun vurulub. Turnirdəki yeganə təmsilçimiz olan “Neftçi” də son oyununa çıxıb.
Azərbaycan çempionu İtaliyada “İnter”in qonağı olub. Milan təmsilçisi üçün formal xarater daşıyan oyun "Neftçi" üçün üçüncülük baxımından mühüm əhəmiyyət kəsb edirdi. Komandamız bu oyunda xal qazanmaqla qrupu üçüncü pillədə başa vura bilərdi. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. “Neftçi” “Partizan” eyni xal toplasa da, öz aralarındakı oyunlar nəzərə alınmaqla klubumuz qrup mərhələsini sonuncu pillədə başa vurub.
ANS PRESS