Rəssamlar İttifaqında 150-dən çox fırça ustasının əsəri sərgilənəcək
13.11.2017

Noyabrın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Azərbaycanım” adlı rəsm sərgisi açılacaq. Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunacaq sərgi 17 noyabr - Milli Dirçəliş Gününə həsr ediləcək.

Bu barədə sərginin təşkilatçısı Aygün İsgəndərova məlumat verib. Elnurə İsgəndərovanın layihə rəhbəri olduğu sərgidə 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunacaq.

Ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri ilə tanış olacaqlar.

azertag.az