Gənc rəssamın sənət əsərləri “Dünyəvi cizgilər”də
13.11.2017

Noyabrın 15-də Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” sərgi salonunda gənc rəssam Fərəh Əliyevanın bədii kukla sərgisi açılacaq.

“Dünyəvi cizgilər” adlı sərgidə rəssamın 30-dan artıq əl işi nümayiş olunacaq.

Rəssamın yaradıcılığının əsas tematikasını fantastika ehtiva edir, üslub baxımından isə onun işləri Şərq və Qərbin zərif sintezindən ibarətdir. F.Əliyeva demək olar ki, avanqard, klassik, interyer, konseptual və digər janrlarda işləyir.


azertag.az