Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək
14.11.2017

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan bildiriblər ki, işgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

azertag.az