Muğam Mərkəzində “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səslənəcək
14.11.2017

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində noyabrın 29-da “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” muğamları səslənəcək.

Muğam Mərkəzindən məlumat verilib ki, konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edilməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət olunacaq.

İcrasına cari ilin mayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti dekabrın 6-da “Xaric segah” muğamına həsr ediləcək.

azertag.az