Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi təşkil olunub.
Mərkəzdən bildirilib ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində reallaşıb.
Tədbirdə sənətkarın AzTV-nin “Qızıl fondu”nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.
Gecədə Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, professor Vidadi Xəlilov çıxış edərək sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd edilib ki, sənətkar Həmid Vəkilov haqqında “Tarda dünya musiqisi”, “Yarım əsr tarla nəfəs-nəfəsə”, “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, “Novator tarzən” və digərı məqalələr işiq üzü görüb.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Həmid Vəkilovun bəstələri ifa olunub.
azertag.az