Bəstəkar Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti
16.11.2017

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti keçirilib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Elnarə Dadaşovanın zəngin yaradıcılığından danışıb. Bildirib ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış E.Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edib.

Sonra Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

azertag.az