Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub
17.11.2017

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.
Yarışın ikinci günü 224 yeniyetmə cüdoçu tatami üzərinə çıxıb və 3 çəki dərəcəsində qaliblər müəyyənləşib. Yekunda Rəşad Quluzadə (55 kq), Nəriman Mirzəyev (60 kq) və Orduxan Məmmədov (66 kq) Azərbaycan çempionu adını qazanıblar.
Qeyd edək ki, yeniyetmələrin ölkə birinciliyinə noyabrın 17-də yekun vurulacaq. Respublika birinciliyinin sonuncu günündə medallar uğrunda 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcəlirərində 119 cüdoçu mübarizə aparacaq.

report.az