“28 May” metrosu uzun müddətə bağlanacaq
10.12.2012

Bakı Metropoliteni “28 May” stansiyasının yenidən qurulması və müasirləşdirilməsi üzrə işlərə başlayıb.

Bu barədə Metropolitendən bildiriblər. Yenidənqurma işləri çərçivəsində stansiyanın xarici görünüşü tam dəyişdiriləcək, xüsusən işlər stansiyanın giriş foyesini və platformanın özünü əhatə edəcək.

Metropolitendən qeyd ediblər ki, “28 May” stansiyası “İçərişəhər” və “Koroğlu” stansiyaları kimi tam müasirləşdiriləcək.
Mənbənin sözlərinə görə, işlər sərnişinlərin istifadə etməsi üçün stansiyanın bağlanmasının maksimum uzadılması yolu ilə aparılacaq.
“28 May” stansiyası “Koroğlu” stansiyası kimi sərnişinlər üçün yalnız qısa müddətə bağlanacaq”, – mənbə vurğulayıb.

ANN.Az