Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Bu barədə müsabiqənin əlaqələndiricisi Pərviz Əsədov məlumat verib.
Onun sözlərinə görə, müsabiqəyə, əsasən, sülhü, barışı, humanizmi, xeyirxahlığı ehtiva edən əsərlər təqdim olunmalıdır. Seçim 12-17 və 17 yaşdan yuxarı olmaqla iki kateqoriya üzrə aparılacaq. Kuratoru Vedat Çalık olan müsabiqədə iştirak etmək istəyənlər əsərlərini dekabrın 15-dək ybtaze@gmail.com elektron ünvanına göndərə bilərlər. Müsabiqənin yekunu olaraq seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutular.
Qeyd edək ki, sözügedən festival çərçivəsində üç ildir ki, eyniadlı sərgi təşkil olunur.
azertag.az