“Yeni il gəlir, xoş gəlir”
17.11.2017

Gələn il yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Yeni il gəlir, xoş gəlir” adlı yeni interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, Yeni ilin ən sevilən personajları olan Şaxta baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə olacaq, onları mahnılar, oyunlar, milli və müasir rəqslərlə sevindirəcək və onlarla birgə əylənəcəklər. Azyaşlı tamaşaçılara təqdim olunacaq bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edəcək.

İlk dəfə təqdim olunacaq Veniamin şou proqramı Yeni ilin gəlişini səbirsizliklə gözləyən uşaqların əyləncəsinə əlavə rəng qatacaq.

Rəngarəng səhnə tərtibatı, səhnə geyimləri və bir çox başqa sürprizlərin təqdim olunacağı Yeni il şənliyi uşaqlar üçün maraqlı və yaddaqalan olacaq.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

azertag.az