Noyabrın 20-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Almaniya bir rəssamın gözü ilə” rəsm müsabiqəsinin yekun sərgisi açılıb və müsabiqə qalibləri mükafatlandırılıb.
Sərgi Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə reallaşıb.
Müsabiqəyə təqdim olunan əsərlər kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənilib. Rənglərə və süjet seçiminə heç bir məhdudiyyət qoyulmayan 50-dək əsərin nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.
Rəssamlığa marağı olan hər kəsin müsabiqəyə qatılmasına şərait yaradılıb. Hətta 5 yaşlı Fatma Abdullazadənin də əsəri sərgidə nümayiş olunub.
Sonda fırça ustaları mükafatlandırılıb.
Sərgi dekabrın 3-dək davam edəcək.
azertag.az