"Ziraat Bank" Azərbaycanda daha 3 filial açmağı planlaşdırır.
Bunu Türkiyə bankının baş direktoru Hüseyn Aydın Bakıda jurnalistlərə deyib.
H.Aydın xatırladıb ki, hazırda Azərbaycan paytaxtında bankın iki ofisi fəaliyyət göstərir - baş ofis və bir filial:
"Digər 3 filialı isə sənaye sahəsinin inkişaf etdiyi rayonlarda açmağı planlaşdırırıq".
trend.az