Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artıb - 4%
24.11.2017

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi faktiki qiymətlərdə 5,78 milyard manat təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Bu ilin ilk 10 ayı ərzində heyvandarlıq sahəsində məhsul istehsalı 2,8 faiz, bitkiçilik sahəsindən 5,3 faiz artıb.

Hesabat dövründə Azərbaycandan kənd təsərrüfatının yığılması son mərhələsində idi. Bu ilin 10 ayı ərzində ölkədə 904,4 min hektar sahədən (ümumi əkin sahəsinin 99,96 faizi) 2,7 milyon tona yaxın taxıl və paxlalı bitkilər yığılıb. Orta məhsuldarlıq bir hektardan 28,6 sentner təşkil edib.

Noyabrın 1-dək 885,9 min ton kartof (il ərzində 0,7 faiz artım), 1 316,6 min ton tərəvəz (9,2 faiz artım), 437,4 min ton bostan məhsulları (5,8 faiz azalma), 720 min ton meyvə və giləmeyvə (4,2 faiz artım), 135,6 min ton üzüm (8,8 faiz artım), 702,9 min ton yaşıl çay (28,6 faiz azalma), 154,3 min ton pambıq (3,5 dəfə artım), 275,7 min ton çuğundur (2,4 dəfə artım), 29,9 min ton günəbaxan (74,9 faiz artım), 4,5 min ton tütün (31,2 faiz artım) yığılıb.

Yanvar-oktyabr aylarında ölkədə 405,2 min ton diri çəkidə ət, 1,68 milyon ton süd, 1,45 milyard ədəd yumurta və 15,8 min ton yun istehsal olunub. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 3,4 faiz süd istehsalı 0,6 faiz, yumurta 7,5 faiz artıb, yun istehsalı isə 4 faiz azalıb. Bundan başqa, hesabat dövründə 245,2 ton barama istehsal olunub.

trend.az