Azərbaycandan pomidor və kartof ixracı 50 % artıb
27.11.2017

2017-ci ilin 10 ayı ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla 375321,6 min dollar dəyərində meyvə - tərəvəz məhsulları ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu barədə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsinə həsr olunmuş tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edib.

O bildirib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104479 min dollar və ya 38,6 % çoxdur. Pomidor və kartof ixracı 50 % dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə , pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

trend