“Bakı Şansonu” konsertində tamaşaçıları maraqlı proqram gözləyir
27.11.2017

Yanvarın 31-də Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə tanınmış şanson ifaçıları - Fərhad Bakinski, Cəlal Abbasov, Ceyhun Bakinski, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak edəcəklər. Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq.

Gecədə müğənnilər hər zaman populyarlığını saxlayan “Bakı şansonu” janrında mahnılarla paytaxt sakinləri və qonaqları sevindirəcək.

Konsertdə iştirak etmək istəyənlər biletləri www.iticket.az saytından onlayn, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərlər.

azertag.az