M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrının konsert salonunda “Nar haqqında əfsanə” - Azərbaycan mədəniyyəti bayramı təşkil olunub.
Orenburqun “Vremya 56” saytına istinadla verilən xəbərə görə, mədəniyyət tədbirinin qonaqları Azərbaycan ənənələri ilə tanış olub, milli mətbəxin ləziz təamlarından dadıblar. Bayramda Müslüm Maqomayevin və Rəşid Behbudovun mahnıları, Azərbaycan musiqi kompozisiyaları və xalq rəqsləri tamaşaçıların zövqünü oxşayıb.
Orenburq vilayətində yeddi mindən çox azərbaycanlı yaşayır, bu milli icma üzvlərinin sayına görə regionda 10-cu yeri tutur.
Azərbaycanda “Nar bayramı” ənənəvi olaraq noyabr ayında keçirilir. Tədbirin təşkilatçıları bu bayramın ab-havasını Orenburq vilayətinə aparıblar.
azertag.az