“ARTIM” layihə məkanında yeni sərgi -“Monumental”
28.11.2017

Dekabrın 1-də “YARAT”ın “Artım” layihə məkanında “Monumental” adlı sərgi açılacaq.

“ARTIM lab” layihəsi çərçivəsində reallaşacaq birgünlük sərgidə rəssamlar Şahnaz Ağayeva, Hatəm Əlizadə, Leyla Quliyeva, Qafar Rzayev, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyeva və Aqil Tahirlinin əsərləri sərgilənəcək. Sərginin kuratoru avstriyalı rəssam Mixael Hirşbixlerdir.

“Monumental” sərgisi abidə və onun monumentallığının müxtəlif aspektlərini aşkara çıxarmağa və beləliklə, cəmiyyətin keçmişinin materiallaşdırılması və gələcəyinin proqnozlaşdırılmasını əlaqələndirməklə onun mövcud durumuna dair müvafiq perspektivləri əldə etməyə çalışır.

azertag.az