Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində antik dövr və son tunc, ilk dəmir dövrünə aid abidələr aşkarlanıb.
Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.
Onun sözlərinə görə, rayon ərazisində aparılan tədqiqat işləri zamanı 4 qədim yaşayış məskəni, 3 nekropol tapılıb. Tədqiqatlar zamanı ilk orta əsrlərə aid 3 yaşayış məskəni, ilk tunc dövrünə aid 1 yaşayış məskəni, antik dövrə aid 1 nekropol, son tunc və ilk dəmir dövrünə aid 2 nekropol aşkarlanıb.
Q.Ağayev qeyd edib ki, tapılan yeni abidələr bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu bir daha sübut edir.
trend.az