“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin müştəriləri kredit, cari və kart hesablarına ödənişləri Bankın terminalları ilə yanaşı ölkədəki digər ödəniş sistemlərinin (“E-manat”, “MilliÖn” və s.) vasitəsilə də həyata keçirə biləcəklər.
ABB yeni sistemin seçilməsi məqsədi ilə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 14-nə qədər, tender təklifi və 5 min manat məbləğində bank təminatını isə dekabrın 20-dək ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: emin.ibrahimov@ibar.az).
Təkliflərə dekabrın 21-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır. Bankın səhmlərinin 76,73%-i Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 0,4%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur.
report.az