Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssam Nuranə Ələkbərovanın fərdi rəsm sərgisi açılıb.
Sərgi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından əvvəl Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov sərginin ekspozisiyasında yer alan sənət əsərlərinin məna və məzmun baxımından fərqli olduğuna diqqət çəkib.
Sərgidə nümayiş olunan 30-dan çox sənət əsərinin müxtəlif janrlarda olmasını yüksək qiymətləndirən A.İbrahimov fırça ustasına yaradıcılıq uğurları arzulayıb.
Gənc rəssam tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar birgünlük sərgi ilə tanış olub.
azertag.az