Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi münasibətilə Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, YAP Xocalı rayon Təşkilatının təşəbbüsü ilə Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində 800 ədəd badam ağacı əkilib.
"Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində əkilən fidanların sayı YAP Xocalı rayon Təşkilatının üzvlərinin sayı ilə eynidir.
Ağacəkmə kampaniyasında Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, partiyanın Xocalı rayon təşkilatının üzvləri, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri, həmçinin müəssisə və idarə kollektivləri iştirak ediblər.
Qeyd edək ki, əkilən fidanlar Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən qorunacaq.
azertag.az