Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, dekabrın 22, 23, 24-də müvafiq olaraq “Silva”, “Mən dəyərəm min cavana” və “Toya bir gün qalmış” tamaşaları təqdim ediləcək.
Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları –Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Rauf Babayev, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva və digərlərini görə biləcək.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, dekabrın 22-də İmre Kalmanın “Silva” ikihissəli operettası rus dilində nümayiş olunacaq.
İzləyicilər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
azertag.az