Kyokşin karate üzrə respublika çempionatında 250-yə yaxın idmançı mübarizə aparacaq
20.12.2017

Dekabrın 23-də Gənclər və İdman Nazirliyi, Döyüş Növlər Şurası və Azərbaycan Kyokşin Karate Federasiyasının (AKKF) birgə təşkilatçılığı ilə XIX açıq respublika çempionatı keçiriləcək.

AKKF-dən bildirilib ki, çempionatda bütün yaş kateqoriyalarında kişilər və qadınlar arasında qalib adı uğrunda mübarizə gedəcək.

Yarışda Azərbaycanın bir çox bölgəsindən 250-ə yaxın idmançı iştirak edəcək.

Qeyd edək ki, çempionat Bakı İdman Sarayında keçiriləcək. Yarışın keçirilməsində əsas məqsəd 2018-ci il üçün yığma komandanın heyətini formalaşdırmaqdır.

azertag.az