Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin viza və konsulluq şöbəsi bu il dekabrın 24-dən gələn il yanvarın 4-nə qədər bağlı olacaq.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən açıqlama verilib.
Almaniyaya səfər etmək istəyən ərizəçilərdən vaxtında, planlaşdırılan səfərdən ən az 3 (qışda) və 6 həftə (yay) əvvəl, www.baku.diplo.de səhifəsində onlayn görüş təyin etmələri xahiş olunur.
Şengen vizaları bir qayda olaraq təyin olunmuş vaxtdan sonra bir iş günü ərzində verilir.
Vizaya sənəd vermək üçün bütün zəruri məlumatlar səfirliyinin internet səhifəsində: www.baku.diplo.de azərbaycan və rus dillərində asanlıqla başa düşülən şəkildə yazılıb.
Gün.Az