Bu gün Salyan, Yevlax və Goranboy rayonlarının daha 5 yaşayış məntəqəsinə təbii qaz verilib.
Salyan rayonunun Kərimbəyli, Qarabağlı kəndlərinə və Qırxçıraq qəsəbəsinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş təntənəli mərasimdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 960 abonenti olan Qarabağlı kəndinin qazlaşdırması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 445 metr polietilen, 465 abonenti olan Kərimbəyli kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 25 221 metr polietilen və 678 metr metal, 150 abonenti olan Qırxçıraq qəsəbəsinin qazlaşdırılması üçün isə 11 565,5 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Goranboy rayonunun Aşağı Ballıqaya kəndinin qazlaşdırlması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 158 abonenti olan kənddə bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunlğu 14 979 metr qaz xətti çəkilib, 1 ədəd QSQO markalı qaz tənzimləyici şkaf, 158 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yexlax rayonunun Bünyadabad kəndinə "mavi yanacağ"ın verilməsinə həsr olunmuş tədbirdə qeyd olunub ki, 104 abonenti olan bu kəndin qazlaşdırılması məqsədilə birpilləlin sistem əsasında ümumi uzunluğu 3510 metr olan polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 104 ədəd sayğac və fərdi tənzimləyi quraşdırılıb.
trend.az