Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı gənc vokalçı Emil Qədirov (bariton) fevralın 27-də Tümen Filarmoniyasında solo konsert proqramı ilə çıxış edəcək.
Tümen Filarmoniyasının saytına istinadla xəbər verilir ki, konsert dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunacaq.
E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Hazırda “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
azertag.az