Fransa portalı azərbaycanlı modelyerdən yazıb
8.1.2018

Fransanın “Where” jurnalının http://www.wherepariseditions.com portalında tanınmış modelyer, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova haqqında məqalə dərc olunub.

“Fəxriyyə Xələfova -Azərbaycanın məşhur modelyeri” adlı məqalədə azərbaycanlı modelyerin karyerasından, müxtəlif moda festivallarında, eləcə də “Fashion Show”larda iştirakından söz açılıb.

Paris Crillon otelindəki “Fahsion Shovv” həftəsindəki moda kolleksiyasından yazan müəllif bildirib ki, onun əsas prinsipi milli geyimləri müasir geyimlərə transformasiyası, klassik və müasir üslubun kombinasiyasıdır.

Yazıda F.Xələfovanın “Neft ilahəsi”, “Azərbaycan xanımları”, “Ümid ritmləri” adlı kolleksiyalarından, onların simvol və fəlsəfəsindən söz açılıb. Azərbaycanlı modelyerin istehsalı olan “Nuray”, “Xəzər qızılgülü” və “Məhəbbət qızılgülü” ətirlərindən, onların beynəlxalq səviyyədə müvəffəqiyyət qazanmasından danışılıb.

azertag.az