Hər il olduğu kimi, bu il də Dövlət Film Fondu görkəmli şəxsiyyətlərin - ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinin xatirə gecələrinin təşkilini həyata keçirəcək.
Film Fondunun mətbuat katibi Rəşad Qasımov bildirib ki, 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planına çoxsaylı tədbirlərin, habelə elmi konfransların keçirilməsi daxildir.
Belə ki, Dövlət Film Fondunun təşkilatçılığı ilə qurumun builki ilk tədbiri “Ulu öndər Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans olacaq.
Bundan başqa, görkəmli kinorejissor və aktyorlar Muxtar Dadaşovun 105, Şahmar Ələkbərovun 75, Ağarza Quliyevin 120, Qəmər Salamzadənin 110, Həsənağa Turabovun 80, Arif Babayevin 90, Həsən Məmmədovun 80 və Rasim Ocaqovun 85 illiyi qeyd ediləcək.
azertag.az