Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Rəngli arzular” rəsm sərgi layihəsinə yekun vurulub.
Gənclər Fondundan verilən məlumata görə, layihənin rəhbəri Təhminə Musazadə, Gədəbəy təhsil şöbəsinin rəhbəri Baxış Nağıyev və başqaları sərginin əhəmiyyətindən danışaraq layihəyə göstərdiyi dəstəyə görə fonda təşəkkürünü bildiriblər.
Daha sonra layihə iştirakçılarına diplom və sertifikatlar təqdim edilib.
azertag.az