Qılıncoynatmanın şpaqa növü üzrə çıxış edən idmançımız Kənan Əliyev dünya kuboku yarışlarına hazırlaşır.
Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, K.Əliyev yanvar 19-23-də baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında Kiyevdə təlim-məşq toplanışında iştirak edəcək.
Şpaqaçımız yanvarın 25-26-da Almaniyanın Haydenhaym şəhərində keçiriləcək dünya kuboku yarışlarında mübarizə aparacaq.
azertag.az