Timur Əsgərov “Bayaderka” baletində Solor rolunda çıxış edəcək
15.1.2018

Fevralın 3-4-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdvik Minkusun “Bayaderka” baleti nümayiş etdiriləcək.

Səhnə əsərində Solorun partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.


azertag.az