Çeçenistanın “Vaynax” rəqs ansamblı “Qroznıdan sevgilərlə” layihəsi çərçivəsində fevralın 11-də Azərbaycanda çıxış edəcək.
Rəqs ansamblının mətbuat xidmətinə istinadla xəbər verilir ki, yaradıcı kollektiv Bakıdan sonra Gürcüstana beynəlxalq qastrol turuna yola düşəcək.
Ansamblın bədii rəhbəri Adnan Məcidov və “Vaynax”ın aparıcı solistləri Azərbaycan və Gürcüstanın rəqs kollektivləri üçün ustad dərsləri də keçəcəklər.
"Bu, geniş yaradıcılıq layihəsidir. Xoreoqrafiya proqramından başqa, tamaşaçılar Çeçenistan rəssamlarının sərgisi, həmçinin bu ölkənin yazıçılarının kitabları və Qroznı şəhərinin yaranmasından bu günədək olan fotosərgi ilə tanış olacaqlar", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, ansambl 1939-cu ildə yaradılıb.
azertag.az