Xətai Sənət Mərkəzi milli fotolardan ibarət guşə hazırlayır
17.1.2018

Bakı Xətai Sənət Mərkəzi milli fotolardan ibarət guşə hazırlayır. Bu məqsədlə hər bir həvəskar və peşəkar fotoqraf çəkdiyi fotoları qurumun xsm-diyar@mail.ru adlı elektron ünvanına göndərə bilər.

Bu barədə mərkəzin rəhbəri Zahid Əvəzov məlumat verib.

“Bu gün hamımız gündəlik həyatımızda və ya müəyyən səyahət zamanı rastlaşdığımız fərqli bir kadrı və ya mənzərəni fotoaparat , eyni zamanda telefonla qeydə alırıq. Çox vaxt bu tip fotolar müxtəlif sosial şəbəkələrdə paylaşılır. Biz baxırıq ki, bu fotoların içərisində bizim mövzuya uyğun fotolar çoxdur. Bu mənada, mərkəz belə bir layihələyə start verib. Bizə göndəriləcək fotolar milli mədəni abidələri, gəzməli-görməli yerləri, lokal bir bölgənin təbiət mənzərəsini, milli mətbəx və ya müəyyən bölgənin mətbəx nümunələrini, milli musiqi, milli məişət, qədim ev əşyalarını, habelə milli sənət növlərini və nümunələrini əks etdirməlidir. Təqdim olunan fotolar JPEG,TİFF,DNG formatda olmaqla 2 meqabaytdan aşağı olmamalıdır” , - deyə Z.Əvəzov söyləyib.

azertag.az