Yanvarın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış violin ifaçısı, Əməkdar Artist Tahir Atakişiyevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.
Əvvəlcə gecədə musiqişünasın pedaqoji fəaliyyəti və milli musiqimizin inkişafındakı xidmətləri haqqında məlumat verilib.
Konsert Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən müşayiət edilib. Konsert çərçivəsində dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Tahir Atakişiyev pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, eləcə də müxtəlif musiqi ansamblları üçün çox sayda transkripsiya yazıb. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən çap edilib. O, “Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait” adlı elmi-metodik işin müəllifidir.
azertag.az