Azərbaycanın Əməkdar Artisti, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti və Vyana Dövlət Operasının dəvət edilmiş solisti Dinara Əliyeva Dmitri Xvorostovskinin xatirəsini məşhur operalardan ariyalar ifa etməklə anacaq. Konsert yanvarın 31-də Moskvada, Çaykovski adına Konsert Salonunda olacaq.
D.Əliyeva həmkarının və dostunun xatirəsinə ehtiram əlaməti olaraq Cüzeppe Verdinin “Bal-maskarad”, “Taleyin gücü” və “Don Kixot “, Cakomo Puççinin “Edqar”, “Manon Lesko” və “Madam Batterflyay” operalarından ariyalar ifa edəcək. Gecədə onu Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri müşayiət edəcək.
Xatırladaq ki, Dmitri Xvorostovski 2017-ci il noyabrın 22-də Londonda uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.
azertag.az