Bugünlərdə Xalq Yazıçısı Anarın Türkiyədə yeni kitabı nəşr edilib.
Yazıçının 80 illik yubileyinə hədiyyə olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan ikinci kitabdır.
“İyi padşahın masalı” adlanan kitabı türkiyəli tərcüməçi, şair İmdat Avşarla həmyerlimiz yazıçı-publisist və ədəbiyyatşünas Pərvin Nurullayeva hazırlayıb. Kitabda Anarın “Yaxşı padşahın nağılı” hekayəsinin Azərbaycan, türk, türkmən, qaqauz, krım-tatar, qırğız, qazax, özbək, başqırd, rus və fars dillərində tərcümələri yer alıb. Kitaba İmdat Avşar və Pərvin “Ön söz” yazıblar.
Hekayəni müxtəlif türk dillərinə İmdat Avşar, Maya Samizadə, Şahinə İbrahimova, İbrahim Türkxan, Feyruzə Qəribova, Leniyara Səlim, Seyran Süleyman, Ergali Erbosınov, Güllü Qərənfil və başqaları çeviriblər.
azertag.az