Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.
Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.
trend.az