Sankt-Peterburqda keçirilən “Maria Yudina” adına gənc pianoçuların XIX Beynəlxalq Müsabiqəsində ölkəmiz də təmsil olunub.
Təmsilçimiz Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Jalə İslamova müsabiqənin laureatı adını qazanaraq üçüncü dərəcəli diploma layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Çin və başqa ölkələrin gənc pianoçuları da iştirak edib.
Xatırladaq ki, Jalə İslamova bundan öncə də bir sıra müsabiqələrin laureatı olub.
azertag.az