Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası yaradılıb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli bu informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatında çıxışı zamanı bildirib.
İ.Həbibbəyli qeyd edib ki, bazanın yaradılması dilçilik sahəsi üçün aktualdır.
AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu saytdan istifadə edərək Azərbaycan dilinin tarixi, aktual məsələləri, problemləri barədə məlumat almaq olar.
trend