Ötən il kənd təsərrüfatında ümumi məhsulun dəyəri 6 milyard 580 milyon manat olub
24.1.2018

Ötən il kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 milyard 580 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunun 3 milyard 561 milyon manatı heyvandarlıq, 3 milyard 19 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

2016-cı illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz, bitkiçilik məhsullarının istehsalı isə 6,1 faiz artıb.

azertag.az