Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.
O, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.
S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: “Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllülük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.
trend.az