Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fərqanə vilayətindəki üç kitabxanaya Azərbaycanla bağlı kitablar hədiyyə edib
25.1.2018

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fərqanə vilayətindəki Mərkəzi Kitabxanaya və Dima Kayumov Xalq Kitabxanasına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edib.

Təqdim olunan nəşrlər arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafla əlaqədar kitablar var.

Kitabxanalara Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap edilən “Xəmsə”si, (Olimcon Buriyevin tərcüməsi), Xalq Şairi Camal Kamalın tərcüməsində böyük şairin özbək dilində dərc olunan “Sirlər xəzinəsi”, Leyli və Məcnun” poemaları, professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), “Müasir Azərbaycan poeziyası antologiyası”, tanınmış yazıçı Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", özbək tarixçisi Şuxrat Salamovun rus dilində “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər”, “Qarabağ: İdeyalar müharibəsi” kitabları, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin, Bəxtiyar Vahabzadənin əsərləri də hədiyyə olunub.

azertag.az