Xətai Sənət Mərkəzində növbəti sərgi Gənclər Gününə ithaf olunacaq
26.1.2018

Fevralın 2-də Bakı Xətai Sənət Mərkəzində Gənclər Gününə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” adlı rəsm sərgisi açılacaq.

Tədbirin təşkilatçısı gənc rəssam Aygün İsgəndərova bildirib ki, sərgidə incəsənətin bütün janrlarına aid əsərlər nümayiş etdiriləcək.

Layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə 15-dən çox gənc fırça ustasının 200-dək əsəri ziyarətçilərin ixtiyarına veriləcək.

Sonda iştirakçılara sertifikatların və diplomların verilməsi nəzərdə tutulur.

azertag.az