Keçən il Balakən rayonunda meyvə bağlarından 32 min 218 ton məhsul tədarük olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 11,3 faiz və ya 3 min 282 ton artıb. Məhsulun 14 min 525 tonu xurma, 5 min 385 tonu fındıq, 6 min 51 tonu alma, qalanı isə digər meyvələr olub.
Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, 2017-ci ildə rayonda 1686,3 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni salınan bağların 1666 hektarı fındıq, 2,7 hektarı xurma, 4,6 hektarı alma, 4,5 hektarı armud, qalanı isə digər növ meyvə bağlarıdır.
azertag.az