Azərbaycanlı rejissor Şamil Əliyev beynəlxalq kinofestivala münsiflər heyətinin üzvü kimi dəvət alıb.
Rejissor Noida Beynəlxalq Kinofestivalının 5-ci mövsümündə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.
Festivalda qaliblərin mükafatlandırma mərasimi fevralın 12-də Hindistanın Delhi şəhərində keçiriləcək.
Qeyd edək ki, Şamil Əliyev “Çölçü” filmi ilə 2015-ci ildə 2-ci Noida Beynəlxalq Kinofestivalında iştirak edərək “Ən yaxşı rejissor” adına layiq görülüb.
azertag.az