Latviyanın dövlət radiostansiyası NABA Latviya Universitetinin Tələbə Şurası ilə əməkdaşlıq çərçivəsində 13 ildir “Xadron-18” müsabiqəsini keçirir. Bu müsabiqədə gənc ifaçılar və musiqi qrupları öz yaradıcılıq məharətlərini nümayiş etdirirlər. İndiyədək müsabiqədə 300-dən çox qrup iştirak edib. Qaliblərin albomu buraxılıb, onlar təkcə Latviyada deyil, xarici ölkələrdə də tanınıblar.
Latviya müsabiqəsinin qalibləri Bakıda keçiriləcək “Youthvision-2018” Beynəlxalq Mahnı Müsabiqəsində iştirak edəcəklər. Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və reallaşdırılmasına şərait yaratmaq, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti sahəsində beynəlxalq əlaqələrin dəstəklənməsi və inkişafıdır.
azertag.az