Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin yaranmasının 10 illiyinə həsr edilmiş tədbir keçirilib.
AYB-in katibi, məktəbin yaradıcısı Rəşad Məcid qurumun fəaliyyəti dövründə onlarla istedadlı gəncin ədəbi mühitə cəlb olunmasına, tanınmasına böyük təkan verildiyini bildirib.
Onun sözlərinə görə, bu gün on yaşı tamam olan məktəbin yetirmələrinin sorağı ölkəmizin hər yanından gəlir.
Sonra Gənc Ədiblər Məktəbinin üzvlərinə diplomlar təqdim edilib.
azertag.az