Tanınmış kinorejissor İrina Poplavskayanın filmi Bakıda nümayiş edilib
31.1.2018

“YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Dağlı qız” filmi nümayiş olunub.

“YARAT” Film Klubunun təşəbbüsü ilə təqdim edilən ekran əsəri adət-ənənələrə qarşı çıxan və sevilməyən insanla evlənməkdən imtina edən bir qızdan bəhs edir.

Kinorejissor İrina Poplavskaya tərəfindən lentə alınan ekran əsərinin məzmunu Dağıstanın Xalq Şairi Rəsul Həmzətovun eyniadlı poemasının süjetindən götürülüb. Film XX əsrinin 70-ci illərində ekranlaşdırılsa da onun mövzusu hələ də aktuallığını itirməyib.

azertag.az